Menu

KAFE VƏ RESTORANLAR NƏ VAXT AÇILACAQ? - Rayonlara gediş-gəlişin bərpa olunacağı vaxt açıqlandı

08.08.2020, 11:29
KAFE VƏ RESTORANLAR NƏ VAXT AÇILACAQ? - Rayonlara gediş-gəlişin bərpa olunacağı vaxt açıqlandı

Növbəti həftələrdə, avqustun 17-dən açıq havada kafe və restoranların açılması nəzərdə tutulur. 

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib:“Azərbaycanda növbəti həftələrdə kafe və restoranların açıq hissələrinin açılması, rayonlara gediş-gəlişin bərpa edilməsi müzakirə olunur”.

“Bu addımların atılması epidimioloji vəziyyətdən asılı olacaq”, - deyə o, qeyd edib.

O bildirib ki, ondan sonrakı həftə rayonlararası gediş-gəlişin açılması müzakirə edilir: “Bunlar sanitar-epidemioloji qaydalara əməl etməkdən asılıdır.Bu qaydalara əməl etməsək, nəzərdə tutulan açılışları daha sonraya saxlamalı olacağıq, ya da ümumiyyətlə buna getməyəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol