Menu

“Yuventus”un yeni baş məşqçisi məlum oldu

08.08.2020, 22:32
“Yuventus”un yeni baş məşqçisi məlum oldu

İtaliyanın “Yuventus” klubunun yeni baş məşqçisinin adı açıqlanıb.

“Report” klubun rəsmi saytına istinadla xəbər verir ki, bu posta Turin təmsilçisinin sabiq futbolçusu Andrea Pirlo gətirilib.

41 yaşlı mütəxəssis bu gün istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

Onun müqaviləsi 2022-ci ilin yanına qədər nəzərdə tutulur.

Qeyd edək ki, Andrea Pirlo 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Sabiq yarımmüdafiəçi Turin klubu ilə 4 dəfə İtaliya çempionu olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol