Menu

"Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə endi

09.08.2020, 00:10
"Qarabağ"ın potensial rəqiblərinin sayı 4-ə endi

"Qarabağ" klubunun UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks" (Şimali Makedoniya) komandalarından birinə rəqib olacaq. Bu rəqiblər nisbətən aşağı reytinqlilərin yer aldığı səpələnməmişlər səbətindən seçiləcək. Ağdam klubu isə daha yüksək reytinqlilərdən ibarət səpələnmişlər səbəbində olacaq.

Qeyd edək ki, avqustun 9-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol