“Zorakılıq etməyin!...” - Tixanovskaya çağırış etdi

Sveatlana Tixanovskayanın köməkçisi Mariya Kalesnikava prezidentliyə namizədin müraciətini oxuyub. 

O, müraciətində təhlükəsizlik qüvvələri və Belarus vətəndaşlarını zorakılıqdan çəkinməyə çağırıb. “Hazırda qərar qəbul edənlərdən, xüsusi qüvvələrin komandirlərdən xahiş edirəm: dinc sakinlərə qarşı gücdən istifadə etməyin”, – o deyib.

“Polisdən və əsgərlərdən xahiş edirəm ki, xalqdan olduqlarını unutmasınlar. Bir daha seçicilərimə müraciət edirəm: provokasiyaya getməyin, sizə qarşı zorakılıqdan istifadəyə səbəb verməyin. Xahiş edirəm, zorakılığı dayandırın. İlk növbədə, polis əməkdaşları, bilirəm ki, bunu edə bilərsiniz”, – Tixanovskaya vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar