Menu

Mədəniyyət Nazirliyində yüksək vəzifəli şəxslər işdən azad edildi

10.08.2020, 18:30
Mədəniyyət Nazirliyində yüksək vəzifəli şəxslər işdən azad edildi

Mədəniyyət Nazirliyinin Texniki təchizat və əmlakın idarə edilməsi şöbəsinin müdiri Abduləlimov Ruslan Ələsgər oğlu və Kinematoqrafiya şöbəsinin müdiri Məmmədov Cahangir Tokay oğlu yaş həddi ilə əlaqədar vəzifədən azad ediliblər.

Musavat.com-un Mədəniyyət Nazirliyinə istinadən verdiyi məlumata görə, Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov bu barədə əmr imzalayıb.

Həmçinin A. Kərimovun digər əmri ilə Mədəniyyət nazirinin müşaviri İsmiyev Aydın Cuməli oğlu öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

Şərhlər

Vətəndaş 2020-08-12 09:40:38

Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari - Ruslanın kadrıdır ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol