Menu

İndoneziyada Sinabunq vulkanı püskürüb

10.08.2020, 22:26
İndoneziyada Sinabunq vulkanı püskürüb

İndoneziyanın Sumatra adasında yerləşən Sinabunq vulkanı kül sütununu 5 kilometr hündürlüyə püskürüb. Bu barədə «The Jakarta Post» nəşri xəbər verib.

Nəşrin məluatına görə, son 3 gündə vulkan 4 dəfə püskürüb. Belə ki, avqustun 9-da 2 püskürsə baş verib. Birinci kül sütunu 5 klometr, ikincisi isə 2 kilometr yüksəkliyə qalxıb. Alimlərin sözlərinə görə, yaxn günlərdə növbəti püskürmələr gözlənilir.

Sumarta adasının hakimiyyəti sakinləri ehtiyatkarlığa səsləyib.

Qeyd olunur ki, qurbanlar və zərər çəkənlər yoxdur, ancaq baş verənlər yerli sakinləri qorxudub.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol