Menu

"Türkiyə süni küləklərlə əyilib, bükülə biləcək bir ölkə deyil" - Ərdoğan

11.08.2020, 12:19
"Türkiyə süni küləklərlə əyilib, bükülə biləcək bir ölkə deyil" - Ərdoğan

Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil.Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabındakı paylaşımında deyib.

R.T.Ərdoğan bildirib: “Türkiyənin regional və qlobal bir güc olaraq yüksələn ulduzundan narahat olanlar hər dəfə daha məkrli, daha riyakar şəkildə üstümüzə gəldilər.

Terror təşkilatlarından tutmuş çevriliş edənlərə, maliyyə lobbilərindən tutmuş tarixi hesablaşmalara qədər hər cür vasitə ilə təzyiq göstərdilər.

Hamısının öhdəsindən bir-bir gəldik. Bu gün ölkəmizin gələcəyə inamla baxmasının, regional və qlobal mövqelərdə fəal rol oynamasının arxasında güclü bir təməl var.

Türkiyə süni küləklərlə əyilib bükülə biləcək bir ölkə deyil".

"Epidemiyadan sonra meydana gələn yeni dünya nizamında coğrafi mövqeyimiz, logistik şəbəkə əlaqələrimiz, istehsal gücümüz, insan resursları və bilik və bacarıqlarımızdan istifadə edərək yeni bir uğur hekayəsi yazacağıq”, - deyə R.T.Ərdoğan bildirib.

Trend bildirir ki, paylaşımda Türkiyənin 2002-2019-cu illər arasındakı inkişafını göstərən sxem də yer alıb.

Şərhlər

Xalq 2020-08-11 14:50:29

Uca Allah köməyiniz olsun möhtərəm Rəcəb Təyyib Ərdoğan bəy! İki qardaş Türkiyə və Azərbaycan bütün düşmənlərimizin öhdəsindən gələcəyik!

t.ədalət 2020-08-11 12:24:32

Sayın Prezident!Allah Türkiyəni daima var eləsin!İnanırıq ki,vaxt gələcək Sizin köməyinizlə Azərbaycan da Rusiyanın caynağından azad ediləcək.Tanrı türkün ucalığını əbədi eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol