“Pandemya dünya müharibəsinə son qoyub” - Tramp yenə səhv etdi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp bəyan edib ki, İspan qripi pandemiyası dünya müharibəsinin sona çatmasında həlledici amil olub.

Ağ Evin başçısı 1917-ci ildəki situasiyanı müasir «koronavirus dövrü» ilə müqayisə etmək istəyib və bu zaman Birinci Dünya müharibəsini İkinci Dünya müharibəsilə səhv salıb.

Prezident xatırladıb ki, «ispanka» on milyonlarla insanı məhv edib, o cümlədən, hərbçilər arasında - insanlar cəbhələrdə vuruşa bilməyiblər.

“Daha oxşar vəziyyət 1917- ci ildə yaranıb - böyük pandemiya. Bu, müəyyən mənada, möcüzəli iş olub və 50 milyondan 100 milyona qədər insanı öldürüb. Mümkündür ki, o, İkinci dünya müşaribəsinə son qoyub. Bütün əsgərlər xəstələniblər» - Tramp bəyan edib.

Jurnalistlər diqqət yetiriblər ki, ABŞ prezidenti nəinki müharibələrin adlarında, həm də qrip pademiyasının tarixində səhv buraxıb. Əslində, qrip pandemiyası 1918-ci ilin yanvarından 1920 - ci il sonuna qədər davam edib.

AzPolitka.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar