İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib

İsrail ordusunun qırıcı təyyarəli Qəzza zolağında HƏMAS-ın üç mövqeyinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə partlayıcı maddələr daşıyan şarların buraxılmasına cavab olaraq həyata keçirilib.

Qeyd edilir ki, hava zərbələri nəticəsində HƏMAS-ın hərbi bazası, yeraltı strukturu və müşahidə postu məhv edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar