Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə “Bandotdel”də insanlara işgəncə verilməsini əks etdirdiyi iddia olunan fotolar yayılmışdı.Unikal.org polisə “işlədiyi” bildirilən Elnur Qasımovla əlaqə yaradaraq məsələnin təfərrüatını öyrənib:
"Mən özüm taksi sürücüsüyəm, polislə heç bir əlaqəm yoxdur.Dünəndən aləm dəyib bir-birinə, bütün qohum-əqrəba mənim üstümə düşüb. Şəklimi hansı vicdansız yayıb, bilmirəm. Mən hüquq-muhafizə orqanlarına və məhkəməyə şikayət etməyə gedirəm. Polislə heç vaxt əlaqəm olmayıb, hazırda da yoxdur. Mən sıravi vətəndaşam, ailəmi güclə dolandıran bir şəxsəm. Mənim şəklimi yayaraq polislə adımı hallandırmaq yolverilməzdir, mənə və ailəmə böyük təhqirdir. Mən o şəkilləri yayanları tapacağam. Digər fotolarda olan şəxsləri də tanımıram”.



Şərhlər
Oqtay Gülalıyevi də vuran səni kimi "polisə işləməyən" yazıq bir taksi şoferiydi..
Əgər şəkildəki polis deyilsə də, polisə xas olanlar orada göstərilib. Hələ o jurnalıdır. P...
Danışdı.yoxsa danışdırdılar? Bu ayrı-ayrı məsələlərdir.
Bu arıq-incə adamcığazın “sır-sıfatından” nur tökülür. Aristokrat, intelligent şəxsiyyətə oxşayır... Nə deyir 101% düz deyir.