POMPEO DA LUKAŞENKONU İTTİHAM ETDİ – “Sanksiyalar nəzərdən keçirilə bilər”

ABŞ Dövlət katibi Mayk Pompeo avqustun 12-də Praqada "Azadlıq" radiosuna verdiyi müsahibədə Belarusdakı hadisələrə münasibət bildirib.

Dövlət katibi deyib:“Biz bu istiqamətdə işləyəcəyik. Sizin də dediyiniz kimi biz seçkidən son dərəcə narahat olmuşuq və biz seçkinin daha azad və daha ədalətli olmamasından dərin məyusluq hissi keçiririk. Biz belə davranışı əvvəllər də görmüşük və bunun belə şəkil almasından məyusuq. Biz seçkidən sonrakı zorakılığı görmüşük və dinc etirazçılarla rəftar onlarla əslində edilməli olan rəftara uyğun gəlmir. Biz müvafiq reaksiyanın nə olacağını müəyyənləşdirməmişik, amma gəlin sizə buna deyim: Biz baş verənlərdən bizim qədər narahat olan avropalı dostlarımızla, buradakı azadlıqsevər dostlarımızla birgə işləyəcəyik. Biz Belarus xalqı üçün yaxşı nəticələr istəyirik və buna uyğun hərəkətlər edəcəyik”.

Bundan əvvəl Belarusda indiki prezident Aleaksandr Lukaşenkoya 6-cı dəfə prezident olmaq imkanı vermiş 9 avqust seçkisini pisləyən Pompeo ABŞ-ın Belarusa sanksiyalar tətbiq etmək niyyətində olub-olmadığı barədə sualı da cavablandırıb: “Mən əminəm ki, biz bunların hamısına baxacağıq. Və burada qeyd edilməsi mühüm olan məsələ kriteriyadır. Biz burada birtərəfli qaydada Birləşmiş Ştatlarlar olaraq edə biləcəyimizi yox, çoxtərəfli qaydada Belarus xalqı üçün yaxşı nəticələr əldə edilməsini düşünməliyik. Bu ola bilər ki, sanksiyalar olsun, malların verilməsi barədə qərarların qəbulu olsun…Bütün bunlar hələ qətiləşdirilməlidir. Bu seçki lap təzəcə qurtarıb və biz burada yaxın gələcəkdə işlərin necə yoluna qoyulacağını hələ görməliyik”.

Xatırladaq ki, müxalifət seçki nəticəsinin saxtalaşdırılıdığını iddia edir və artıq 4-cü gündür ki, ölkənin 25-dək şəhərində etiraz aksiyaları keçirir.

Avqustun 12-də Fransa prezidenti Emmanuel Makron Belarusdakı vəziyyətlə bağlı ciddi narahatlıq ifadə edib. Makron bu ölkədə polisin etirazçılarla qəddar rəftarını pisləyib.

Bu barədə Rusiya prezidenti Vladimir Putinlə telefonda danışan Makron Belarusda dialoqa qayıdılmasının zərurətini vurğulayıb. Kremlin saytında bu telefon danışığı barədə geniş məlumat verilməyib.

Avropa İttifaqının xarici işlər nazirləri Belarusda baş verənləri avqustun 14-də müzakirə edəcəklər.

Avropa İttifaqı xarici işlər komissarı Jozep Borell bu barədə Twitter-də yazıb: "Biz təcili məsələləri müzakirə edəcək, Şərqi Aralıq dənizi hövzəsində, Belarusda və Livandakı vəziyyətlə bağlı qərarlar qəbul edəcəyik”.

Bundan əvvəlki bəyanatında Borell yazmışdı ki, Belarusda seçki “nəədalətli, nə də azad olub”: "Avropa İttifaqı Belarus rəhbərliyini geniş cəmiyyətləəsl dialoqa başlanmasına, sərbəst toplaşma, media və ifadə azadlıqlarına qarşı qeyri-məqbul zorakılıq və hücumları dayandırmağa çağırır. Biz Belarusla münasibətlərimizi diqqətlə nəzərdən keçirəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar