İsrail də Yunanıstanın tərəfini tutdu - Türkiyə düşmənləri birləşir

Türkiyə ilə Şərqi Aralıq dənizində sərhəd mübahisəsində İsrail Yunanıstanın tərəfini tutub. Yəhudi dövlətinin Xarici İşlər Nazirliyi (XİN) sərt bəyanatla çıxış edib. Bəyanatda həm də göstərilir ki, İsrail Şərqi Aralıq dənizindəki gərginliyi diqqətlə izləyir. Bu barədə avqustun 12-də «The Jerusalem Post» qəzeti yazıb.

«İsrail Yunanıstanın dəniz zonasına iddialarını və özünün istisnasız iqtisadi zonasını müəyyən etmək hüququnu tam dəstəkləyir» - İsrail XİN-də bildiriblər.

Bəyanatın elan olunmasından dərhal sonra, İsrailin Yunanıstandakı səfiri Yosi Amrani bu ölkənin xarici işlər naziri Nikos Danidiasla görüşüb.

Bu həftə Türkiyə Aralıq dənizinin şərq hissəsinə hərbi gəmilər göndərərək, bəyan edib ki, onlar Ankaranın kontinental şelfini öyrənən tədqiqat missiyasının müdafiəsi üçündür. Türkiyə HDQ gəmiləri hazırda guya, Yunanıstanın istisnasız iqtisadi zonasındadır.

Türkiyə Liviya Milli Razılıq Hökuməti (MRH) ilə 2019-cu ilin noyabr ayında imzaladığı sazişə uyğun olaraq, bəzi dəniz rayonlarına iddia irəli sürür. Ötən həftə Yunanıstan və Misir Şərqi Aralıq dənizində özlərinin istisnasız iqtisadi zonasının müəyyən edilməsi barədə öz aralarında saziş imzalayıblar. Bu da son nəticədə bölgədə gəginliyin növbəti dəfə artmasına səbəb olub.

Yunanıstan və İsrail son illər energetik layihələr üzrə birgə işləyərək, yaxın müttəfiqə çevriliblər. Buna misal olaraq, «EastMed» qaz kəməri layihəsini göstərmək olar. Bu kəmərin İsraildən başlayaraq, Kiprdən keçməklə Yunanıstanın materik hissəsinə uzanacağı nəzərdə tutulur.

Xatırladaq ki, Yunanıstan israr edir - guya, Aralıq dənizinin o zonalarına eksklüziv hüquqa malikdir ki, orada Türkiyə təcrübə qazması işləri aparmaq, yeni neft və qaz yataqları axtarışına başlamaq niyyətindədir. Ankara isə öz növbəsində, Liviya Milli Razılıq Hökuməti ilə imzaladığı sazişin şərtlərinə istinad edir.

İyulun ortalarında Yunanıstanın xarici işlər naziri Avropa İttifaqı üzrə həmkarlarını Türkiyəyə qaşı iqtisadi sanksiyalar hazırlamağa çağırıb. Bu məsələdə Afinanı Fransa prezidenti Emmanuel Makron dəstəkləməyə hazır olduğunu bildirib.

Yunanların bu təşəbbüsünə reaksiya verən Türkiyə tərəfi qonşularını mübahisəli məsələləri ikitərəfli formatda həll etməyə və Avroittifaqı təzyiq aləti kimi istifadə etməməyə çağırıb.

Diqqət yetirin, Türkiyənin əleyhdarları sırasına Yunanıstan, Fransa və İsraillə yanaşı Misir də qoşulub və bu məsələdə Fələstin ərəblərinə «qan uduran», müsəlmanların müqəddəs şəhəri olan Qüdsü özünün paytaxtı elan edən, bütün ərəbləri hər addımda aşağılayan İsrailin yaxın müttəfiqinə çevrilib.

Əbəs yerə yazmamışdıq ki, ərəblərin satqınlığı genetikdir və bu, haqlı ikrah doğurur.

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-08-14 07:53:58

Mirzə müəllim hər iki təhlilli məqaləyə yəni SİYASI təfəkkürünə ğörə saqol ki,bu yazıları qələmə ALDIN.

Son yazılar