Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 16%-ə yaxın azalıb

Bu il yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 15,03 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4% azdır.

Bu ilin ilk 7 ayında xarici ticarət dövriyyəsinin 9,13 milyard ABŞ dolları ixracın, 5,9 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25,5%, idxal isə 30% azalıb.

Son nəticədə xarici ticarətdə 3,23 milyard ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 15,7% azdır.

635x100

Şərhlər

Ibad 2020-08-14 15:51:09

Xarici ticareti nece edesen ki,Aliekspress,Ebay ve diger saytlardan her hansisa mali almaq okur amma olkeye getirilmesi malin qiymetinden defelerle baha okur.Bele olan halda elbetdeki onlayn ticaret mehv olacaq.Deyekki 3$ qiymeti olan kompyuter sicanini aldiqda onu olkeye getirmekcun en yaxwi halda 54$ odemek lazimdi.Ve ya 38$ olan Android smart tv olkeye getirilmesi 75$ bawa gelir.Budaki tebii cox bahadi ve serf etmir.Butun bu manieleri mehz bizim olkenin gomruyu yaradib.

Son yazılar