Azərbaycanın qaz ixracından gəliri 18% artıb

Bu ilin yanvar-iyul aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 7,713 mlrd kubmetr həcmində təbii qaz ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu miqdarda təbii qazın dəyəri 1,488 mlrd ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 15%, dəyər baxımından isə 18% çoxdur.

Bu ilin 7ayı ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 16,30% olub.

635x100

Şərhlər

Mühəndis B. 2020-08-14 17:57:12

Görünür, işğalçı, qaz ixracına 40mlrd $ maya qoymuş Bakıdan daha çox qazanc əldə edir?

Son yazılar