“BAĞIMDA DİNCƏLİRƏM, İSTİNTAQA ÇAĞIRILMAMIŞAM...” – Məmmədyarov danışdı

Azərbaycanın sabiq Xarici İşlər naziri Elmar Məmmədyarov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirib. 

Unikal.org-a açıqlama verən Elmar Məmmədyarov deyib: "Haqqımda yayılan məlumat yalandır. Şüvəlandakı bağımda dincəlirəm. Həmçinin ölkədən çıxmağa niyyətim və getməyə də yerim yoxdur. Pandemiya vaxtı hara gedirəm? Onu da deyim ki, istintaqa çağırılmamışam".

***

Azərbaycanın keçmiş Xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına məhdudiyyət qoyulub. Bu barərar Dövlət Təhlükəsizliyi Xidməti təfindən Xarici İşlər Nazirliyində (XİN)həyata keçirilmiş anti-korruspiya əməliyyatı ilə bağlıdır.

“Elmar Məmmədyarov istintaqın çoxsaylı suallarını cavablandırmalıdır” deyə mənbə bildirib. (gununsesi.info)

Qeyd edək ki, cinayətdə təqsirləndirilən Fərhad Mollazadə və Səlim Əlizadə, Faiz Bağırov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Dünən isə Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinadakı səfiri, sabiq Baş prokuror Eldar Həsənov saxlanılıb. DTX-nın bu barədə yaydığı məlumata görə, səfirlikdəEldar Həsənov tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilb.

Bundan əvvəl mətbuatda Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-ın Nyu York şəhərində 4.2 milyon dollara iki mənzil alması barədə məlumatlar yayılıb. Nazir bu xəbərləri inkar etməyib, XİN isə bunu "şəxsi məsələ" adlandırıb.

Elmar Məmmədyarov Tovuzda gedən döyüş əməliyyatları ərəfəsində - iyulun 14-də Prezident İlham Əliyev tərəfindən sərt tənqid olunub və bir gün sonra istefaya göndərilib.

AzPolitika.info

635x100

Şərhlər

nihad 2020-08-14 22:05:30

bəlkə kimə xidmət elədiyini gəlib könüllü etiraf edəsən

t.ədalət 2020-08-14 18:24:01

Amerikada 4 milyona mülk alan birisinin,yəqin ki bağı da 5 milyon dəyərində olar.

Vətəndaş 2020-08-14 18:15:14

Bağında oturub kefdədir.

müəllim 2020-08-14 18:10:23

IÇox fədakarlıqla işləmisən dincəl Allah böyükdür

müəllim 2020-08-14 14:45:39

Bu torpaq manqurtlardan dini imanı rüşvət olanlardan təmizlənməlidir

Son yazılar