Belarus milisi etirazçıların tərəfinə keçir - Sıralarında “təfəkkür çevrilişi” baş verir

Belarus milisinin bir hissəsi xalqın tərəfinə keçməyə başlayıb. Öz xahişi ilə işdən azad olunmuş hüquq-mühafizə əməkdaşlarının sözlərinə görə, onların sıralarında «təfəkkür çevrilişi» və səhvlərin etirafı baş verir.

«Milis əməkdaşlarının bir çoxu artıq dinc etirazların qaçılmaz olduğunu etiraf edir və həddindən artıq zorakılığı və qəddarlığı pisləyir» - deyə, «RBK» etiraz dalğası fonunda işdən çıxmış Qrodno Daxili İşlər İdarəsinin böyük əməliyyat müvəkkilindən sitat gətirir. Onun sözlərinə görə, həmkarları onun işdən çıxmaq barədə raport yazmaq qərarını anlayışla qarşılayblar.

Ancaq işdən çıxmış bir çox milis əməkdaşları təhdid altında ölkəni tərk etməyə məcbur olub. Məsələn, Qomel Daxili İşlər Şöbəsinin böyük sahə müvəkkili danışıb ki, sosial şəbəkədə etirazçıları dəstəkləyən fkirlər söyləyəndən sonra, rəhbərlik onu həbs etməyə cəhd göstərib və vəsiqəsini, milis formasını təhvil verməyə məcbur edib. Bəzi keçmiş həmkarları isə onu tutub döymək istəyiblər. Təhdidlər səbəbilə, o, ölkədən getməyə məcbur olub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar