Operativ Qərargahdan iri ticarət mərkəzləri ilə bağlı açıqlama

“Hazırda iri ticarət mərkəzlərinin açılması ilə bağlı yekun bir qərar yoxdur”.

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Hər bir addım atılan zaman onun nəticələri qiymətləndirilir. Vətəndaşların qaydalara riayət etməsi və digər qaydalar nəzərə alınmaqla bu barədə də növbəti vaxtlarda qərar qəbul ediləcək”, - o əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar