Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.
Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.


Şərhlər
ermənistan tərəfin--Rusiyanın hərəkətləri göstərir ki,müharibəni başlamasaq onlar əl çəkməyəcək.Biz xilasımız üçün döyüşə getməliyik.Rusiya təhsili almış zabitləri kənara qoyaraq ,sırf milli zabitlərimizlə düşmənlə döyüşməliyik.Qələbənin əsası Rusiyada təhsil almış zabitləri döyüş planlarından uzaqlaşdırmaqdır.Yoxsa,Rusiya ordumuza yerləşdirdiyi casus zabitlərin əli ilə bizi böyük itkilərə məruz qoya bilər.Kənardan gəlmiş,Rusiyanın yetişdirdiyi zabit heyəti ilə yola çıxmaq uduzmaq deməkdir...