Menu

Bu gün Lukaşenko da öz tərəfdarlarını küçəyə çıxaracaq - "Həmrəylik mitinqi" təşkil edir

16.08.2020, 09:55
Bu gün Lukaşenko da öz tərəfdarlarını küçəyə çıxaracaq - "Həmrəylik mitinqi" təşkil edir

Hökumətyönlü "Belaya Rus" ictimai təşkilatı bu gün Minskdə Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkoya dəstək olaraq "həmrəylik mitinqi" keçirmək niyyətindədir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın Facebook səhifəsində məlumat verilib.

Təşkilatın açıqlamasında bildirilib ki, bazar günü saat 12.00-da (Bakı vaxtı ilə 13.00) Hökumət Evinin yaxınlığında, “Müstəqillik” Meydanında həmrəylik mitinqi keçiriləcək: “Mitinq tamamilə dinc şəraitdə baş tutacaq. Dövlət kursunu dəstəkləyən qüvvələr ora toplaşacaq”.

Həmçinin, qeyd edilib ki, mitinqdə Vətənini sevən, ölkənin iki əks düşərgəyə bölünməsinə qarşı olanların hamısı bir araya gələcək.

Şərhlər

Xalq 2020-08-16 17:00:49

malades

Mehdi 2020-08-16 11:02:29

Pah atonan vəzifə nə qədər sirin seymiş ilahi,meymun oqlu meymun nə pəstahalar cixardir vəzifədə qalmaq ucun.Allah sənin ve senin kimilerin çəzasini tezliklə versin,millete yaziqi gəlsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol