Menu

Lukaşenko tərəfdarlarının mitinqinə qatıldı - "Təəssüf ki, sizi köməyə çağırmalı oldum..."

16.08.2020, 17:08
Lukaşenko tərəfdarlarının mitinqinə qatıldı - "Təəssüf ki, sizi köməyə çağırmalı oldum..."

Belarusun Prezidenti Aleksandr Lukashenko Minsk şəhərinin mərkəzində yerləşən “Müstəqillik Meydanı”ndakı dəstək mitinqində çıxış edib.

Sputnik.by portalı xəbər verir ki, Prezident aksiyaçılara təşəkkürünü bildirib:

“Sizi bu meydana dəvət etmək istəmirəm, çox işiniz var, çörəyinizi təmin edirsiniz, uşaqları məktəbə hazırlamalısınız…

90-cı illəri xatırlayıram, insanlar burada qab-qacaqla dayanmışdılar, işçilər yemək istəyirdilər, uşaqlarına ərzaq tələb edirdilər. Mitinqlərin tərəfdarı deyiləm, amma təəssüf ki, sizi köməyə çağırmalı oldum, bu, mənim günahım deyil”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol