Menu

Sumqayıtda da gizli işləyən kafe aşkarlandı

16.08.2020, 18:10
Sumqayıtda da gizli işləyən kafe aşkarlandı

Sumqayıt şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.

Modern.az-ın məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı 9-cu mikrorayonda yerləşən "Röyal" kafesində müştərilərə yerində xidmət göstərildiyi məlum olub. Obyektə baxış zamanı oranın icarədarı, 1986-cı il təvəllüdlü Zeynalov Emin Nazim oğlu və daha 28 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü bölməsinə gətirilib.

Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı inzibati qaydada həbs edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib. Onların hər biri 200 manat məbləğində cərimələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol