Menu

Çin hakimiyyəti qida israfçılığına qarşı mübarizəyə başladı

17.08.2020, 00:06
Çin hakimiyyəti qida israfçılığına qarşı mübarizəyə başladı

Çinin nəhəng internet-platformaları və sosial şəbəkəsi çoxlu sayda abunəçiləri olan istifadəçilər üçün öz yayımları zamanı qida ilə israfçı davranışlarına görə cəza tətbiq olunacağını bəyan ediblər («Röyter»).

Çin hakimiyyəti və internet-şirkətlərin sahibləri, necə deyərlər, «ərzaq krallarına» qarşı çıxış ediblər, çünki Çin hökuməti koronavirus pandemiyasının qaynar vaxtında insanları israfçılığa yol verməməyə çağırıb.

Bundan əvvəl Çinin başçısı Si Tsizinpin israfçılığı «biabırçılıq» adlandırıb, çünki Çin həm də internet-məşhurlar arasında artan tendensiyanı dayandırmağa can atır. Onlar son illər qısa vaxt ərzində böyük miqdarda qida «udan» azarkeş kütlələri qazanıblar və bu prosesi lentə alırlar…

May ayında Çin bəyan edib ki, 2020-ci ildə ərzaq təhlükəsizliyini təmin etmək üçün reaksiya planı işləyib hazırlayır, nədən ki, ölkə hakimiyyəti qlobal pandemiya səbəbilə, kənd təsərrüfatı açar ərzaqlarının tədarükü zəncirində yaranan «boşalma»lardan narahat olur.

Dövlət başçısı Si Tsizinpin bildirib ki, Çində boş yerə məsrəf edilən qidanın miqdarı heyrət doğurur və bu zaman ölkəni ərzaq böhranı hisslərini xatırlamağa çağırıb.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol