Menu

Suriya ərazisində 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib

17.08.2020, 01:04
Suriya ərazisində 8 PKK/YPG terrorçusu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriya ərazisində həyata keçirilən “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı bölgədə PKK/YPG terror təşkilatının səkkiz üzvü ələ keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumatda “Zeytun budağı” bölgəsində daha 8 terrorçunun xain planlarını həyata keçirməzdən əvvəl saxlanıldığı, Türkiyə sərhədlərinin, eləcə də Suriya xalqının təhlükəsizliyinin təmini istiqamətində antiterror əməliyyatlarının davam etdiriləcəyi vurğulanır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol