Menu

Silah gəzdirən şəxs saxlanıldı

17.08.2020, 10:32
Silah gəzdirən şəxs saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Hacızadə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

Keçirilən şəxsi axtarış zamanı O.Hacızadənin əlindəki çantadan "Parabellum" markalı tapança, həmin silaha aid 1 ədəd sandıqça və 9 ədəd patron aşkar olunaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol