Ermənistanda daha 38 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı41 701-ə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha6 nəfər artaraq824-ə çatıb. İndiyədək 34 655 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 5 978 aktiv koronavirus xəstəsi var.


Şərhlər