Menu

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO

17.08.2020, 17:30
Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - VİDEO

Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Astraxan” kiçik artilleriya gəmiləri, “SB-738” xilasedici yedək gəmisi avqustun 17-də Bakıya gəlib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Tərəflər “Beynəlxalq Ordu Oyunları-2020” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.

Şərhlər

Vətəndaş 2020-08-18 09:47:03

Rusu yəqin yalvarıb gətiriblər,könlünü almaq üçün. Burada saxlayacaqlar. Heç Türk ordusunu belə qarşılamadılar.

t.ədalət 2020-08-17 20:43:24

Rusiya oyun adı altında işğal məşqi keçir.Onunla heç bir əlaqəyə ehtiyac yoxdur.İki yüz ildir ki,bu oyunlar bizi faciələrlə qarşılaşdırır.

Vətəndaş 2020-08-17 19:11:47

Xeyir ola,bunlar niyə soxulublar bura?

Adil 2020-08-17 19:05:46

El cekmirikde bu rusdardan ))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol