Menu

Malidə hərbçilər qiyam qaldırıblar

18.08.2020, 15:26
Malidə hərbçilər qiyam qaldırıblar

Qərbi Afrika ölkəsi olan Malinin paytaxtı Bamako yaxınlığında hərbçilər qiyam qaldırıblar.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, hərbçilər odlu silaha əl atıblar.

Bildirilib ki, hərbçilər paytaxta doğru irəliləyirlər.

Qeyd edək ki, Malinin müxalifəti bu gündən etibarən geniş etiraz aksiyalarına başlamağa çağırıb. Onların tələblərindən biri ölkə başçısı İbrahim Bubakar Keytanın istefasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol