2020-ci ilin yanvar-iyul aylarında Azərbaycan istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 53,8 faizi ərzaq məhsullarına, içkilər və tütün məmulatlarının alınmasına xərcləyib.
Trend-in məlumatına görə, həmçinin əhali pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,7 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Ünumilikdə 2020-ci ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 21,4 milyard manatlıq, o cümlədən 11,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 9,9 milyard manatlıq qeyri-ərzaq malları satılıb.


Şərhlər
Camaatda pul var beyem! 5-3 neferde var |d| 0rta tebeqede 0nuda banklar zer|l q0ydu qalan |nsanlar|m|z gunu gune calamaqla surune-surune b|rteher 0tusurler! |nsanlar|n 50% den c0xu prblemler g|rdab|nda cabalay|r! Ne qeder ac| seslensede bu beled|!
Azərbaycan əhalisi pullarını on və daha artıq baha qiymətə aldığı saxta dərmanların alınmasına xərcləyir.Əhalinin sağlamlığını öz üzərinə götürən dövlət,nədənsə saxta dərmanların qarşısının alınmasına və bahalığa reaksiya vermir.Halbu ki saxta və yararsız dərmanlar koronavirusdan az can almır.