NAVALNINI ZƏHƏRLƏYİBLƏR, VƏZİYYƏTİ AĞIRDIR - "Hazırda komadadır" (Yeniləndi)

Rusiya müxalifətinin lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.“Report” xəbər verir ki, bu barədə “Twitter”də siyasətçinin mətbuat katibi Kira Yarmış yazıb.

“Bu gün səhər Navalnı Tomskdan Moskvaya qayıdırdı. Uçuş zamanı halı pisləşib. Təyyarə Omskda təcili eniş edib. Alekseydə toksik zəhərlənmə qeydə alınıb. Hazırda təcili tibbi yardım maşınında xəstəxanaya gedirik”, - o qeyd edib.

“Güman edirik ki, Alekseyin çayına nəsə qataraq onu zəhərləyiblər. Səhərdən bəri içdiyi yeganə şeydir. Həkimlər deyirlər ki, toksin qaynar maye vasitəsilə sürətlə hopub. Hazırda Aleksey huşsuzdur”, - K.Yarmış əlavə edib.

"Zəhərlənən Navalnının vəziyyəti ağırdır. Tomskdan Moskvaya qayıdarkən zəhərləndiyi güman edilən Aleksey Navalnının vəziyyəti ağırdır".

Bunu TASS-a Omsk xəstəxanasından bildiriblər.

***

Rusiya müxalifətinin lideri Aleksey Navalnı hazırda reanimasiyada və komadadır. Sözçüsü Kira Yarmış tvitində yazıb ki, o, süni nəfəs aparatına qoşulub. Hazırda ağır vəziyyətdə komadadır. Hələlik, testin nəticələri bəlli deyil.

Navalnı fondunun hüquq departamentinin rəhbəri Vyaçeslav Qimadi isə Twitter-də yazıb:

“Navalnının siyasi mövqeyi və fəaliyyətinə görə zəhərlənməsinə şübhə yoxdur”. Onun sözlərinə görə, Navalnının vəkilləri sui-qəsd cəhdi üzrə cinayət işi açılmasını istəyirlər. 

635x100

Şərhlər

vidadi goyce 2020-08-20 09:57:51

калтенбрунер жив в росии

t.ədalət 2020-08-20 09:52:53

Qəddarlığ artdıqca Putin hakimiyyətinin sonu yaxınlaşır.Musa peyğəmbərlə Fironun əhvalatını yada salın.Firon ehsanların sayını azaltdıqdan sonra hakimiyyətini itirdi.

Son yazılar