Prezidentin keçmiş köməkçisi, Prezident Administrasiyasının (PA) sabiq şöbə müdiri Əli Həsənov Türkiyəyə aparılıb. Bu barədə yayılan xəbərlərdə bildirilir ki, onun səhhətində ciddi problemlər yaranıb, təcili Türkiyəyə aparılıb və xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, Ə.Həəsnov bir neçə il əvvəl Almaniyada açıq ürək əməliyyatı keçirib.
"Hazırda Türkiyədə xəstəxanadayam. Dünən gəlmişəm, müayinələr davam edir, bu gün və sabah anju və testlər ediləcək". Əli Həsənov özü "Publika.az"-a açıqlamasında deyib.
Əli Həsənov bildirib ki, bundan sonra 72 saatlıq ürək döyüntü testi ilə yoxlama olacaq və tam qərar veriləcək: “Kəskin aritmiyanın və ütək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin olub-olmamasına qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.
Qeyd edək ki, Əli Həsənov ciddi ürək çatışmazlığından, kəskin aritmiya və damar keçirməzliyindən əziyyət çəkir. O, 2013-cü ildə infarkt keçirdikdən sonra təcili olaraq Almaniyaya aparılıb və bir ayın içərisində iki dəfə açıq ürək əməliyyatı edilib.
PA-nın keçmiş şöbə müdiri ötən il noyabrın 29-da Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Hazırda Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində çalışır.
"AzPolitika.info"


Şərhlər
Bəs tibbimiz inkişafın son mərhələsində idi. Niyə Türkiyədə müalicə alırsan, gəl özünün yetişdirdiyi sistemin həkimləri müalicə etsin.
Heyf o müqəddəs addan
coxlarina urek agrisi vermishdi....
çox pulların dərdini çəkmə ey əli, dərd çəksən də qayıtmayacaq pullar.
Bu deyirdi ki, almanlar bizə həsəd aparır, inkişafımız əndazədən çıxıb və s. Əməliyyatı Almaniyada etdirib, iynə vurdurmağa da Türkiyəyə qaçır... Nə oldu super səhiyyəmiz
Əli Həsənovun əsl adın nədir? Çünki bu .... bənzəyir.Əli-də bu sifət ola bilmz!