LOTU QULİNİN CƏNAZƏSİ AİLƏSİNƏ TƏHVİL VERİLDİ - Öldürüləndən sonrakı FOTOLARI + VİDEOLAR (16+)

Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı "qanuni oğru" Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib. Musavat.com xəbər verir ki, Lotu Qulinin tanışları morqun önünə toplanıb.

Türkiyə mətbuatı cənazənin İstanbula aparılıb orada dəfn ediləcəyini yazıb. Lakin "qanuni oğru"nun Bakıda, Bakıxanov qəbiristanlığında dəfn ediləcəyinə dair məlumatlar var.

Nadir Səlifovun yaxını Bəxtiyar Muradov jurnalistlərə, "Türk dövləti günahkarlarını mütləq tapacaq. Vuran da nəzarətdədir, sürücü də nəzarətdədir. Başqa bir şey haqqında danışmaq istəmirik" - deyə bildirib.

Xəbər verdiyimiz kimi, kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifov Türkiyənin Antalya şəhərində qətlə yetirilib.

Unikal.org Lotu Qulinin xəstəxanaya gətirilən zaman çəkilmiş fotolar və video əldə edib.

Qeyd edək ki, Nadir Səlifov İstanbulda dəfn ediləcək. Bu barədə virtualaz.org-a kriminal avtoritetin qardaşı Müşviq Səlifov məlumat verib.

Məlumata görə, Nadir Səlifovun ailəsi Türkiyədə yaşadığı üçün belə qərar verilib.

Xatırladaq ki, Nadir Səlifov dünən gecə Antalyada yerləşən otellərin birində başından güllə ilə vurularaq öldürülüb. Nadir Səlifovun qatili, Azərbaycandan olan “Xan” ləqəbli başqa bir kriminal avtoritetdir. Qatil hadisə yerindən qaçıb, lakin Antalya - Dənizli avtomobil yolunda polis əməkdaşları tərəfindən saxlanılıb.

635x100

Şərhlər

Elekber 2020-08-21 11:25:57

Azerbaycan

Son yazılar