Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.
Nazirin sözlərinə görə, 1412 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 6058-ə, virusa yoluxanların sayı isə 254 min 520 nəfərə çatıb.
Türkiyədə indiyədək 234 min 797 pasiyent (son sutkada 882 nəfər) sağalaraq evə buraxılıb.


Şərhlər