Menu

Bu ilin ilk 6 ayında 463 qadın cinayət törədib

21.08.2020, 13:51
Bu ilin ilk 6 ayında 463 qadın cinayət törədib

Bu ilin birinci yarımilində 1 291 qadına qarşı cinayət törədilib.

“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında məlumat verilib.

Qeyd edilib ki, 2019-cu ildə isə 3 091 qadına qarşı isə cinayət törədilib.

Qadınlar tərəfindən törədilən cinayətlərə gəlincə, 2020-ci ilin birinci yarımilində 463, 2019-cu ildə isə 1 039 qadın tərəfindən cinayət törədilib.

Qeyd edək ki, qadınlar tərəfindən və onlara qarşı törədilən cinayətlərin statistikası Daxili işlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol