SABİQ REKTOR MEHDİYEVİN ŞƏRƏFİNƏ TOST DEYİR... - "Niyə məni narahat edirsiniz?" + VİDEO

Mətbuatda Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasiminin keçirilməsi ilə bağlı video yayılıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” dediyi eşidilir.

Məsələ ilə bağlı “Report”un əməkdaşı A.Məhərrəmovdan münasibət öyrənmək üçün ona zəng edib.

A.Məhərrəmov söhbət zamanı Ramiz Mehdiyevin nəvəsinin toy mərasimindən danışmaq istəmədiyini deyib: “Mən bu məsələ ilə bağlı danışmaq istəmirəm. Niyə məni narahat edirsiniz? Görüntülər yayılıb, yaxud yayılmayıb... Mən evdə istirahət edirəm. Sağ olun!”


Qeyd edək ki, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. 

Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib.

Mərasimdən çəkilmiş kadrlardan belə görünür ki, qonaqlar heç bir qoruyucu vasitədən istifadə etməyiblər. Yəni, karantin qaydalarını heçə sayıblar... 


635x100

Şərhlər

hakim 2020-08-22 23:12:18

ay millet,bu abel bele aqilnan nece rektor ishleib 20 il

Qu quşu 2020-08-22 08:06:26

Sənin kimi quşlar dimdiyindən ilişir Abel, Heç çabalıyıb eləmə.Çabaladıqca dimdiyin tora daha çox ilişir.Çünki, hər agzını açdıqca daha yekə quş buraxacaqsan.Xasiyyətiniz belədi.Ay da yaman ilişmisən Abel abi..........ÇOBALAMA....

nihad 2020-08-22 00:43:49

abel- ramiz mehdiyevə borcunu qaytarır,sözün hər mənasında

Laqranj 2020-08-21 21:06:05

Hörmətli Abel gərək hörmətli şeyxin sağlığına badə qaldıraydı.

Musa 2020-08-21 19:34:16

Toydakılar hamısı milyarder ..r.Millətin qanını soran . ...Onları elə orada yığıb band otdelə aparmaq lazımdır,yetim-yesiri yox

BAKILI 2020-08-21 18:56:00

Yoldaw Abel sizin milletin adindan daniwmaga haqqiniz yoxdur

Vəli 2020-08-21 17:05:42

Bu tost həm də Abelin "dəfninin" son akkordları ola bilər. Həm də tək özünün yox.Diplomat ovu davam edir.......

S.D 2020-08-21 17:00:36

Qadağalar kaslblar üçündü.

ayrım 2020-08-21 16:52:28

abel ya bizim qapidaki ne ferqi var

Vətəndaş 2020-08-21 16:06:46

Bütün diqqətləri indi prezidentədir.Görək göz yumacaq bu saymamazliqa.

Ağayev Ağahüseyn 2020-08-21 15:34:26

abel düz deyir on niyə narahat dsiniz.İNİŞALLA bu yaxında TÜRMƏDƏ istrahət edər .SAQLIQINA QİSIƏT TÜRMƏ abelin.

.EJDER NAQILBAZ 2020-08-21 15:29:24

HA HA HA TOXUNULMAZ MEMUR YOXDUR...ZABIL NA VAS

Arif 2020-08-21 15:24:07

Niyə indiyə qədər rəsmi açıqlama verilməyib ???

Roma 2020-08-21 14:51:55

Abel Məhərrəmov, BDU-nun rektoru olanda tələbə qızın qaldırdığı rüşvət məsələsinə görə, qıza barmaq silkələyərək onu universitetdən qovmaqla hədələdi. Bu yutubda var...

Oxucu 2020-08-21 14:40:38

Ar olsun. GENERALIMIZIN və Şəhidlərimizin 40 ı çıxmamış toy çaldırırsız

Son yazılar