“Yumşalmaya getməyimiz mərhələli şəkildə həyata keçirilir. Məqsədimiz də odur ki, sanitar-epidemioloji vəziyyətə nəzarət edək”.
"Report" xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
“Hazırda situasiya nəzarət altındadır. Müzakirələr aparılır. Yoluxma sayında artım isə göz önündədir. Bu gün hər hansı bir sərtləşmənin olub-olmaması ilə bağlı ciddi dəyişiklik yoxdur. Belə bir məsələ olarsa, ictimaiyyətə açıqlanacaq. Amma həqiqətən də bu gün biz az-az da olsa, yoluxma sayında artıma meyillilik görürük. Ona görə də bəzi qərarların qəbul olunması müzakirə olunacaq”, - o bildirib.


Şərhlər
GUNAH TOY EDEN MEMURLERDADIR,HA HA HA
Qiqenik qaydalara,emel elemeyene lenet olsun!!!!
Bunlara nə varee,karantin kasıb üçündü.Nə olur,kasıba olur
Ne sebebden keskinleshmelidir? Gunde onlarla olen var? Kuchede yixilib, qalanlar var? Ne var?. Yoluxmaq istemeyen, cani chixsin, ozu maska taxsin, etrafindan teleb etsin, taxmayanlara cavab vermesin, unsiyyetden qachsin( menim kimi). Qorunmayan, qayda-qanuna riayet etmeyen, xestelensin, ozu biler.
yenə başladınız? bəsdirin, karantin zad lazım deyil.
Karantin rejimi bütün Avropada ləğv edilir.
Say artımını özünüz edirsiniz.xəstəlik var deyə camaatı ev həbsinə alıb öldürmək olmaz.