SƏN QANUNA TÜPÜRƏRSƏNSƏ...

Elxan ŞÜKÜRLÜ

Qədim Romadan gələn və əsrlərdir insanları qanunlara əməl etməkdə ən yaxşı çağırışlardan biri kimi qiymətləndirilən məşhur bir deyim var: “Ən qısa əmr – şəxsi nümunədir”.

Həqiqətən də, o dövlət rəhbərləri özünü əhalisinə sevdirə bilir ki, ölkəsinin qayda-qanunlarına hörmət və riayət etməkdə şəxsi nümunə göstərirlər.

Bir ölkədə ali dövlət vəzifələri tutmuş şəxslər imtiyazlarından sui-istifadəyə çalışarlarsa, özünü idarə etdikləri xalqdan və dövlətin qayda-qanunlarından üstün tutarlarsa, o ölkədə heç vaxt sabitlik və rifah olmaz, çünki xalq heç vaxt həmin hakimiyyəti sevə bilməz və fürsət düşəndə də, həmin xalq özünü ondan üstün tutanları ayaqlayıb, tapdaq altda əzib-alçaldar! Ən yaxın tariximiz belə nümunələrlə doludur, axı…

Heç uzağa getməyək: vəzifədən çxarılan məmurlarımızın əksəriyyətinin vəzifəsindən uzaqlaşdırılandan sonra ən hörmətsiz və urvatsız şəxslərə çevrilmələrinin, hətta bəzilərinin it yerinə belə qoyulmamalarının bir səbəbi də elə məhz budur – vəzifədə olarkən özlərini xalqdan seçdirmələri, xalqdan üstün tutma cəhdləri!

Davamlı sabitliyin təminatı qanunların aliliyində və hər kəsin də qanun qarışısında bərabərliyindədir! Böyük Russo elə-belə demirdi: "Ən yaxşı qanun - qanuna hörmət qanunudur!"

Qanunların aliliyinin və onun pozulmaz olduğunun təminatçısı isə DÖVLƏTdir!

Dövlət vətəndaşının onu sevməsini və qorumasını istəyirsə, kimliyinə baxmadan, onun qanununu pozanı cəzalandırmalı və kimlərinsə qanunsuz hərəkətlərinə də heç vaxt bəhanə axtarmamalıdır!

Dövlət qanunu pozana qarşı zəiflik göstərərsə, yolunu azmış hər ağızdan bir avaz gələr, hər güclünün dediyi qanun olar və nəticədə, dövlət içindən çökər!

Qısası, Prezident Administrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü, AMEA prezidenti Ramiz Mehdiyevin ailə üzvləri karantin qaydalarını pozaraq, toy edirlərsə və hələ üstəlik, bunu nümayişkaranə şəkildə ictimailəşdirirlərsə, bu, təkcə özünü xalqdan və qanunlardan üstün tutmaq cəhdi deyil, həm də DÖVLƏTə hörmətsizlikdir, indiyədək özünün tutduğu dövlət vəzifələrinə tüpürməkdir və təmsil olunduğu hakimiyyəti ictimai qınağa tuş edib aşağılamaq deməkdir…

Məni ən çox ağrıdan həm də odur ki, nəvəsinə toy edən Ramiz Mehdiyev də, o toyda iştirakını növbəti “sədaqət ritualı"na çevirən deputat Siyavuş Novruzov da həmyerlilərimdir - əslən Naxçıvandandırlar. O Naxçıvandan ki, aeroportlarda ayaqlar altda qalmış camaatı aylardır nə son nəfəsini verən xəstələrini görməyə, nə ölənlərini basdırmağa, nə dirilərini evləndirməyə gedə bilirlər…

Eybi yox, nə qədər ömrünüz qalıb, seçdirin, fərqləndirin özünüzü bizdən, tüpürün qanunlara – bir gün saymadığınız o camaat da tüpürməyə bir ünvan mütləq tapacaq!

635x100

Şərhlər

PS 2020-08-22 07:11:58

Beli !!!!!

nihad 2020-08-22 00:50:08

müəllif belə məqalə yazanda əvvəlcə fikirləşməli,emosiyalarına hakim olmalıydı - bəyəm onlar Azərbaycan vətəndaşlarıdır?

.EJDER 2020-08-22 00:36:31

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

müəllim 2020-08-21 23:38:57

Elxan bəy Allah sizdən razı olsun

Seyid .Ənhu 2020-08-21 22:52:31

MÜƏLLİFƏ TƏŞƏKKÜR EDİRƏM, AXIRINCI ABZAX MƏNƏ ÇOX TƏSİR ETDİ. VƏ BÜTÜN MİLLƏTİ

sn 2020-08-21 22:36:41

Qanunu pozmaq olmaz,qanunu pozduğuna görə Ramiz Mehdiyevi qınamaq olar,amma qanun ölkə xaricindən gələn tövsiyəyə əsaslanırsa onda düz edib.

miri 2020-08-21 22:25:01

Yeniazərbaycanda heçnə dəyişən deyil. Nə qədər ki, ... öz adı ilə cagrilmaq kimi "problem mənbəyi"ni gotrulmek evazine "yan problemlər"dan xilas kimi avantürist emaldan əl çəkməyəcək.

E 2020-08-21 21:55:00

Dubbeduz

??? 2020-08-21 21:20:31

"...indiyədək özünün tutduğu dövlət vəzifələrinə tüpürməkdir və təmsil olunduğu hakimiyyəti ictimai qınağa tuş edib aşağılamaq deməkdir…"

Son yazılar