Menu

“Onların bu davranışı hüquqi məsuliyyət yaradır” – Fazil Mustafa

23.08.2020, 00:19
“Onların bu davranışı hüquqi məsuliyyət yaradır” – Fazil Mustafa

Prezident Adminstrasiyasının sabiq rəhbəri, Təhlükəsizlik Şurasının üzvü, AMEA prezidenti Ramiz Mehdiyevin pandemiya ilə bağlı tətbiq eilən karantin müddətində nəvəsinə toy etməsi cəmiyyətdə kəskin nifrət və qəzəb hissi yaradıb. 

Toydan çəkilən kadrların soisal şəbəkələrdə yayılmasından və toy iştirakçılarının da bunu təsdiqləməsindən sonra ölkənin ən müxtəlif təbəqələrindən olan insanlar Ramiz Mehdiyevin və ailə üzvlərinin karantin qaydalarını pozmasını qanunlara hörmətsizlik və dövlətə meydan oxumaq kimi dəyərləndirib, orada iştirak edən keçmiş və indiki vəzifəli şəxsləri, çıxışçıları sərt şəkildə qınayıblar.

Məsələni sərt şəkildə qınayanlardan biri də BQP sədri, Milli Məlisin deputatı Fazil Mustafa olub.

O, mövzu ilə bağlı “Strateq.az”-ın sorğusuna cavabında bildirib ki, nəinki toyda iştirak etməyib, hətta əvvəlcə yayılan bu xəbərlərə inanmayıb, sonrakı açıqlamları isə hədsiz təəccüb hissiylə qarşılayıb: “Çünki rəsmi qərarla toy və yas mərasimlərinin keçirilməsi, 5 nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağan edilib. Kimliyindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabərliyi prinsipi mövcuddur, ona görə də kimsə imtiyazlı şəkildə digər vətəndaşlardan fərqlənəcək addımlar atmamalıdır. Toydan yayılan kadrlarda həmin tədbirin qapalı məkanda keçirildiyi və xeyli adamın da iştirak etdiyi görünür ki, bu da aşkar şəkildə karantin qaydalarının pozulmasıdır.

Burada illərdir dövlət aparatında rəhbər vəzifələr tutan, digər ictimai-siyasi vəzifələr daşıyan şəxslərin bu dərəcədə səhlənkar davranışı məni də təəccübləndirdi. Halbuki açıq məkanda və olduqca məhdud sayda insanla, dəbdəbəsiz, təmtəraqsız belə bir tədbiri keçirmək imkanları mövcud idi. İndi sıravi vətəndaşların haqqı var ki, onların toy və ya yas mərasimlərinə qarşı məhdudiyyətlərin tətbiq olunmasına öz etirazlarını ortaya qoysunlar. Aylardır bizlər mediadan vətəndaşlara çağırış edirik ki, karantin qaydalarına əməl etsinlər, indi özümüz də pis vəziyyətdə qalırıq ki, dövlət həyatında əhəmiyyətli postlar tutan bir qrup insan bu qaydaları özləri pozurlar. İstər Ramiz Mehdiyevin, istər deputat həmkarım Siyavuş Novruzovun, istərsə də o toyda iştirak edən vəzifəli şəxslərin bu kimi davranışları hüquqi məsuliyyət yaratmaqla yanaşı, vətəndaşlarımız tərəfindən haqlı olaraq ictimai qınaqla qarşılaşacaqdır”.

Şərhlər

Allahqulu 2020-08-23 21:43:22

Vaxt var idi, Ramizə atam deyirdiz, ey gidi dünya

naxçıvanlı 2020-08-23 17:54:16

Səni ki ay Fazil bəy, Ramiz Mehiyev oturdub Milli Məclisdə. Hənçinin Qūdrət Həsənquliyevi. Siz necə adamsınız?

Fazil Mustafayevə. 2020-08-23 17:21:34

Fazil bəy hüquqi məsuliyyət dedikdə nəyi başa düşür? Bunu da açıqlasa nə demək istədii bəlli oardı.Toyun təşkilatçıları və iştirakçılarına qarşı hamsı hüquqi cəza nəzərdə tutulub və tutulubsa niyə hüquqq mühafizə orqanlarının yadına salıb,arxasınca getmir?Bəs Baş Nazir toy edəndə niyə Fazil bəyin səsi çıxmayıb?

Ağayev Ağahüseyn 2020-08-23 15:34:46

Fazil müə. buna ictimai QINAQ YOX SABATAJ DÖVLƏTƏ QARŞI QİYAM adlandırmaq lazımdır.Bunlar alimlər akademiklər univerisitet kolidorunda üc almaq ücün sürünən QALUSTUKLUsənin HƏMYERLİLƏRİNDİR.B
....

Nihad 2020-08-23 08:25:12

Görün meydanda kimlər və hansı regiyondandırlar. Fazil,qüdrət,siyavuş,ağamalı,ramiz. Bunlar bizi işğal ediblər,işğal ay millət.

Bəho 2020-08-23 03:18:05

Virusa maska+2m ara! 30 ildə genosiddə, hərbi əsarətdə sayı 4 milyona çatan azəri ailələrindən danışın, lütfən.

PAPA RIMSKI 2020-08-23 01:57:00

SIZ ONLARIN XARICE DAWIDIQLARI PULLARDAN DANIWIN

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol