“Bəşəriyyətin böyük bəlasına çevrilmiş COVID-19 pandemiyasına qarşı mübarizə bütün dövlətlərin, o cümlədən Azərbaycan dövlətinin gündəliyində başlıca məsələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əhalinin sağlamlığının qorunması, ölümcül virusun yayılmasının qarşısının alınması istiqamətində sistemli və səmərəli işlər görülməkdədir. Dövlətimizin böyük imkanları bu istiqamətdə səfərbər edilib, xəstəliyə yoluxma hallarının ciddi şəkildə azalmasına nail olunub. İndi əsas məqsəd əldə olunan müsbət nəticəni qoruyub saxlamaq, koronavirusun yenidən geniş yayılmasının qarşısını almaqdır. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı əsasında tətbiq edilən sərt karantin rejimi və məhdudlaşdırıcı tədbirlər əhalinin sağlamlığının qorunması kimi vacib dövlət vəzifəsinin yerinə yetirilməsini nəzərdə tutur”.
"Azərtac" xəbər verir ki, bunları Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov söyləyib.
Baş Nazirin müavini bildirib ki, əhalinin sağlamlığının qorunması naminə dövlətin həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərə, karantin rejiminə əməl edilməsi vəzifəsindən və ictimai mövqeyindən asılı olmayaraq hər bir vətəndaşın borcu olmalıdır:
“Əhalinin sağlamlığına təhlükə yaradan hərəkətlərin qarşısı qətiyyətlə alınmalı, belə hərəkətlərə yol verənlərin əməlləri isə kəskin şəkildə pislənməlidir. Karantin rejiminə, məhdudlaşdırıcı tədbirlərin tətbiqinə məhəl qoymadan kütləvi mərasimlərin təşkili hökumətin qəbul etdiyi zəruri qərarlara hörmətsizlik kimi qiymətləndirilməlidir.

Çox təəssüf edirəm ki, haqqında danışdığımız qadağalara baxmayaraq, bir neçə gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib. Yeni ailə quran gənclərə xoşbəxtlik arzulamaq bizim ən ülvi milli adət-ənənələrimizdəndir. Lakin toy mərasiminin COVID-19 pandemiyası dövründə mövcud qadağalara məhəl qoyulmadan keçirilməsi və sosial şəbəkələrdə geniş müzakirələrə, əhalinin haqlı narazılığına səbəb olması bizi məyus etməyə bilməz.
Yeni Azərbaycan Partiyası ölkənin iqtidar partiyasıdır. Partiyamız bütövlükdə və onun hər bir üzvü ayrılıqda qanunlara nəinki riayət etməli, hətta bu işdə hər kəsə nümunə olmalıdır. Azərbaycan hüquqi dövlətdir, ölkəmizdə qanunların aliliyi təmin olunub. Heç kimə ayrıca səlahiyyətlər, üstünlüklər və ya imtiyazlar verilməyib və verilə bilməz.
Mənim dediyim bu sözlər, ilk növbədə, Yeni Azərbaycan Partiyasının üzvlərinə aiddir. Belə olan halda partiya üzvlərindən kiminsə xüsusi imtiyazlara sahib olduğunu düşünməsi anlaşılmaz və yolverilməzdir. Hesab edirəm ki, karantin qaydalarının kobud şəkildə pozulmasına görə toy sahiblərinin qanunla cəzalandırılması hamıya ibrət olmalıdır.
Sözügedən toy mərasimində iştirak edən partiya üzvlərinin partiya məsuliyyətini dərk edirik və zəruri tədbirlərin görülməsi, inanıram ki, təmin olunacaqdır. Mən bütün partiya üzvlərini COVID-19 pandemiyası dövründə tətbiq edilən karantin rejiminin tələblərinə riayət etməyə dəvət edirəm. Düşünürəm ki, gələcəkdə bu cür hallara bir daha yol verilməyəcək”.

Şərhlər
Əli Əhmədovun danışmağa üzü var? Partiyasının üzvlərinin öndə gedənləri ya həbsdədir,ya da işdən azad edilib.Özünün də nə bir işi var,çə çəticəsi.Ortada yeyib kənarda gəzir..Niyə Prezident buna diqqət etmir?uit
Əli Əhmədov həmişə sonradan danışar. İnşallah Ölkə Başçısı hər kəsə öz qiymətini verər. Cenab Prezident yola devam. Biz xalq olaraq Sizin bu qətiyyətinizin arxasındayıq.
Axiri ki bunu da gördk sağ imiş.
Siz kimdən nə sorursunuz.Ömrü boyu Əli Əhmədovun ciddi,konkret,düşünülmüş bir söz,bir çıxışını görən olubmu? Bu adam ümumi yığma,eyni məzmunlu,adressiz və konkretlikdən uzaq.ehtiyatlı söləri ilə özünü bəzi səlahiyyətliləri zəifliyi sayəsində gündəmdə və maraqlı da olsa vəzifədə saxlayıb.Bundan ölkəyə,millətəə zərrə qədər mənfəət dəyibmi?ttvça
Əli müəllim, hamı danışanda qanundan danışır,ancaq məmurlar qanunlarımıza əməl etməyirlər. Sizin ünvanınıza saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq heç bir müsbət nəticəsi olmamışdır.. Etdiyim müraciətlərim araşdırılmadan. şikayət etdiyim ünvana , yəni Rabitə Nazirliyinə göndərilmişdir, göndərilən məktublara nəzarət sistemi olmadığından Nazir müavinləri Əli Abdullayev və elmir əlizadə tərəfindən qanunsuz cavab verməkdən kəçinmirlər, səlahiyyətli məmurlar tərəfindən onların qanunsuz əməllərinə göz yumurlar. Belə hallarda ölkəmizdə sosial narazılıqların yaranmasına və vətəndaşın dövlətə olan inamının itirilməsinə gətirib çıxarır.. 2019-cu ildə sizin ünvanınıza ailəm haqsızlıqlara düçar olması ilə əlaqədar etdiyim müraciətimi hərtərəfli araşdırılması və obyektiv araşdırılması üçün 2019-ci ilin 22 fevral tarixli 15/İ-123 nömrəli göstərişlə Rabitə Nazirliyinə, ƏƏSMN göndərilərək nəzarətə götürülmüşdür. ƏƏSMN nin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən şikayətim araşdırılmış, həyat yoldaşımın Əmək hüquqları əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi bildirilmişdir. ancaq bundan sonra Rabitə Nazirliyinin qanunsuz əməllərinə yenədə səlahiyyətli məmurlar göz yumdular, mənim qanuni şikayətimə baxan olmadı ? Xahiş edirəm mənim qanuni müraciətimə köməklik göstərərək məmur özbaşnalıqlarına son qoyasınız.
Çox güman ki, bunu toya dəvət etməyiblər.Əminəm ki, qaça-qaça gedərdi....
YAP-da baş verən eybəcərliklərə görə Əli Əhmədov istefaya getməlidir.Partia idarə olunmur,üzvləri xalqı incidir.rüşvətxor və korrupsionerlərıdır.Bunu həbslər və davranışları tam sübut edib.Odur ki.bu partiyaya heç bir inam qalmayıb.
Axırda məlum olacaq ki bizi idarə edənlər.... Ramiz,Məmmədyarov,qaralov və başqaları. İşdən çıxdıqca bilinəcək. Biz millət nə gündəyik, Heç özümüzə gələ bilmirik.
Bes ishtrak eden ambusmanimizdi nedi , bes o ? bes obriler ? Onnarda yapdandilar , kosmisdan qelmeyiblerki ?
AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY