Menu

“İkinci dalğanın qarşısı alına bilər” - ÜST

23.08.2020, 15:30
“İkinci dalğanın qarşısı alına bilər” - ÜST

“Tibbi qurumlar COVID-19-un ikinci dalğasının qarşısını almaq üçün hazırda bütün lazımi vasitələrə malikdirlər”.

“Report”un məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərinin strateji təşəbbüslər üzrə köməkçisi Ranieri Querra söyləyib.

“İkinci dalğa? Onun gələcəyi fakt deyil və hər halda bunun qarşısını ala bilərik. Bu gün bunun üçün bütün vasitələrimiz mövcuddur” - deyə, o bildirib.

İtaliyada koronavirusla bağlı son vəziyyət barədə danışan Querra bildirib ki, ölkədə virusa yoluxan insanların sayı yenidən artıb:

“Bu da xüsusilə diaqnostikanın yaxşılaşdırılması və genişlənməsi ilə əlaqəlidir. Başqa sözlə, infeksiyanın artması nəzərdə tutulurdu. Ancaq ciddi xəstələrin sayının artmasının qarşısını almaq olar, çünki bunu etməyi öyrəndik, təəssüf ki, ağrılı bir təcrübədən sonra”.

Mütəxəssis, həmçinin asimptomatik hallarla bağlı xəbərdarlıq edib:

“Əminik ki, çox yüngül simptomlar da orta və uzunmüddətli dövrdə sağlamlığa zərər verə bilər. Soyuqdəymə, adi simptomlar diqqətsiz qalmamalıdır. Ciddi nəticələrin ola biləcəyi aydındır. Doğrudan da, az sayda gənc reanimasiya şöbələrində olur. Ancaq, virus növbəti etapda daha ağır fəsadlar verə bilər”.

Şərhlər

Xazar 2020-08-23 18:02:34

Bunlar gündə bir şey danışırlar. Deyirdilər ki, 2-ci dalğa hökmən olacaq, indi deyirlər ki, olacağı fakt deyir və qarşısını ala bilərik. Bunun bir oyun olduğunun sübutudur.

Əli 2020-08-23 17:12:01

ÜST indi təzə nağıl düşünüb?Əl çəkin bu darmoyedlərdən.Bəds deyilmi milləti ağır vəziyyətə saldığınız?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol