Menu

Türkiyə Rusiyadan ikinci S-400 alayını alır

23.08.2020, 14:51
Türkiyə Rusiyadan ikinci S-400 alayını alır

Rusiya və Türkiyə arasında S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair müqavilə imzalanıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın “Rosoboroneksport” Açıq Səhmdar Cəmiyyətinin baş direktoru Aleksandr Mixiyev deyib.

“Müqavilə imzalanıb, hazırda tərəfdaşlarımızla bu müqavilənin icrası üçün maliyyə məsələlərini müzakirə edirik”, - deyə, o bildirib.

Bundan əvvəl, Türkiyə Respublikasının Müdafiə Sənayesi Katibliyinin rəhbəri İsmayıl Dəmir bildirib ki, Rusiya və Türkiyə S-400 "Triumf" zenit raket sistemlərinin ikinci komplektinin (alayının) tədarükünə dair prinsipial razılığa gəliblər.

Şərhlər

Bəhram Qarabağlı 2020-08-24 10:18:58

Hörmətli AzBolit, ALAY İNSAN TOPLÜMÜ, TAKIMIDIR, silah DƏSTİ yox!

Əsgər 2020-08-24 00:03:08

Rusdan silah alanın ağlı yoxdur. O raketlər hədəfə çatanda açılmayacaq. Yəqin ki Türk qardaşlarımız da ehtiyatlı olacaqlar. Onlar necə ki bizə köhnə t-72 tankları, BMP-1-ləri, nasaz təyyarələri, hansı ki sroku keçmiş 50 il qabağın silahlarını milyardlara soxuşdurub,ermənilərə isə pulsuz müasir silahlar verir,eləcə də Türkiyəyə namərdlik edəcəklər.  

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol