Menu

Gürcüstanda mikroavtobus uçuruma aşıb - 12 nəfər ölüb

23.08.2020, 22:46
Gürcüstanda mikroavtobus uçuruma aşıb - 12 nəfər ölüb

Gürcüstanın Şatili kəndi ərazisində mikroavtobus, təxminən, 80 metr yüksəklikdən uçuruma aşıb.

APA RİA Novosti-yə istinadəla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qəza nəticəsində 12 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım briqadası cəlb edilib.

Qalan sərnişinlərin axtarışı davam edir.

Faktla bağlı araşdırma başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol