Menu

Hərbi Dəniz Qüvvələrinin komandanı "Dəniz kuboku"ndan danışdı

24.08.2020, 11:43
Hərbi Dəniz Qüvvələrinin komandanı "Dəniz kuboku"ndan danışdı

"Azərbaycan və Rusiya Müdafiə Nazirlikləri arasındakı razılaşmaya əsasən, artıq 4 ildir "Dəniz kuboku" müsabiqəsi Bakı şəhərində Hərbi Dəniz Qüvvələrinin bazasında keçirilir".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Sübhan Bəkirov "Dəniz kuboku" beynəlxalq müsabiqəsi çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və Rusiya Dəniz Qüvvələri pandemiya şəraiti olmasına baxmayaraq, müsabiqənin keçirilməsinə qərar verdi:

"Müsabiqə 6 mərhələdən ibarətdir: - Dəniz hədəflərinə qarşı artilleriya atışları, hava hədəflərinə qarşı artilleriyaı atışları, üzən minaya qarşı artilleriya atışları, sahil təlim-məşq kompleksində su əleyhinə davamlılıq uğrunda mübarizə, xilasedici vasitələrin istifadəsi və dəniz vərdişləri.

Müsabiqədə Rusiyanın "Mahaçqala" kiçik artilleriya gəmisi, Azərbaycanın isə G-122 gözətçi gəmisi olmaqla ümumilikdə 2 gəmisi iştirak edəcək. Müsabiqənin keçirilməsi Xəzər dənizində sülhün möhkəmləndirilməsi, dostluq əlaqələrinin inkişaf etdirilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir".

Şərhlər

Xalq 2020-08-24 14:26:12

niyə bu müsabiqə 4 ildir Azərbaycanda keçirilir? Yer qəhətdir bəgəm? rusiyanın Xazər dənizi akvatoriyasında gör nə qədər əraziləri var. Müsabiqənin burda keçirilməsində bu rusların bizə qarşı qərəzi var, bizi nəzarətdə saxlamaq istəyirlər.

t.ədalət 2020-08-24 14:15:38

Bizə "Dəniz kuboku" yox,Rusiyanın işğalı altında olan ərazilərimizin azad edilməsi "kuboku" lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol