Menu

Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib

24.08.2020, 13:16
Azərbaycan HDQ-nin qərargahında Rusiya nümayəndə heyəti ilə görüş keçirilib

Avqustun 24-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirovun Rusiya Federasiyası Hərbi Dəniz Donanması Baş Komandanının müavini vitse-admiral Vladimir Kasatonovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Xəzər dənizində hərbi əməkdaşlıq məsələlərindən danışılıb, hər iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlərinin təşkili və digər məsələlər müzakirə edilib.

Sonra iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, hakimlər komissiyasının üzvləri, yerli və xarici jurnalistlərin iştirakı ilə mətbuat konfransı keçirilib.

Sonda mətbuat nümayəndələrinin sualları cavablandırılıb.

Şərhlər

Xalq 2020-08-24 16:00:19

Azərbaycan rusun tərtib elədiyi heç bir sənədə imza atmamalıdır və onlarla dirəşməlidir. Yoxsa ölkənin istilası labüddür.Azərbaycan xalqı yenidən rus müstəmləkəsinə çevrilmək istəmir.

t.ədalət 2020-08-24 14:09:46

Rusiya harda olursa-olsun Azərbaycanın istilasını sürətləndirməkdən başqa bir şey düşünmür.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol