"Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar".
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.
"Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki cinayət məsuliyyətinə cəlb edilir", - dövlət başçısı əlavə edib.

Şərhlər
Onlardan biri də Pirallahının Başçısı Vasif İmanovdu. Bu adam Ölkə Başçısının “ qudurğan məmur və məmur övladları etdikləri qanunsuz əməllərin cavabını ən ağır şəkildə ödəməlidirlər” çağrısına reaksiya verməyərək, 2016-cı idə bir ölüm hadisəsinin “iştirakçısı” olmuş YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov (bu əməlinə görə təşkliat sədrlitindən çıxarılsa da (05.05.2017)) kimi bir mənaviyyatsıza hələ bir yüksək vəzifə verərək də, öz qoruması altına almışdır. Bununla bağlı Ölkə Başçısına və aidiyyyatı qrumlara edilmiş bir neçə yüz şikayətə baxmayaraq, Vasif İmanov heç birinə reaksiya verməmişdir ki, bu da sayqısızlıq və mənaviyyatsızlıqdı. Umarıq Cənab Prezident sonda Vasif İmanovun bu və digər qanunazidd əməllərinə görə heç olmasa vəzifədən kənarlaşdırımasında öz sözünü deyəcəkdir.
Ümumiyyətlə PA-nın Ərazi idarə etmə şöbəsində köklü kadr islahatları aparılmalıdır. Həmin şöbə tərəfindən vətəndaşların müraciətinə qətiyyən baxılmır, bu səbəbli yazışmalar hökm sürür....
Rusiyanin qullari gun be gun azalir belarusdan sonra orta asiya
S.Ənvərqızı elə yazırkj güya günahkarlar yalnız bu müavinlərdir nazir isə təmiz adamdır,əslində isə bütün günah nazdədir bu adam bütün səlahiyətlərini verib 1-ci müavini Əli Abdullaydvə özü isə otaada bstün günü telfonda maşın oynu oynayır, bir sözlə bu adam hələ sürücü pisxalogiyasından əl çəkə bilmir.
Hörmətli Prezident! Qanunsuz işdən azad olmağım barədə Sizə 2031 dəfə müraciət etmişəm. Doqquz ildir işsizəm. Zeynal Nağdəliyev mənim müraciətlərimin araşdırılmasına imkan verməyib. Məhkəmələri hhhhhhhhHacıballa Abutalıbov tutuduğu vəzifə və pulları ilə qanunsuz qərarlar çıxartmağa vadar edib.
Cənab Prezident, Azərbaycanımızın inkişafı və xalqımızın rifahı naminə Ulu Tanrı Sizləri qorusun. 8-ildir ki, məmur özbaşnalıqları nəticəsində ailəm işsizlik həyatı yaşayır ? Sizin ünvanınızada saysız-hesabsız müraciətlər etməyimə(axırıncı dəfə 26.05.2020-ci il tarixdə [email protected]. saiti ilə ) baxmayaraq, müraciətlərim PA-da araşdırılmadan şikayət etdiyim ünvana, Rabitə Nazirliyinə göndərilir, göndərilən məktublara nəzarət sistemi olmadığından Nazir müavinləri Əli Abdullayev və Elmir Vəlizadə tərəfindən qanunsuz cavab verməkdən kəçinmirlər ? Respublika Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyat yoldaşımın Əmək müqaviləsinə əmək qanunvericiliyin tələblətri pozularaq xitam verilməsi barədə rəsmi cavab verməsinə baxmayaraq, Rabitə Nazirliyi tərəfindən icra edilmir, səbəb özlərini kiçik padşah hesab etmələridir ??? Xahiş edirəm 26.05.2020-ci il tarixli müraciətimi nəzarətə götürün.və məmur özbaşnalığına birdəfəlik son qoyulsin.