Menu

Narkotik bitkilər becərən Kürdəmir sakini saxlanıldı - Video

24.08.2020, 18:07
Narkotik bitkilər becərən Kürdəmir sakini saxlanıldı - Video

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində narkotik bitkiləri becərən və satışı ilə məşğul olan şəxs barədə Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) əməliyyat məlumatı daxil olub.

Kürdəmir RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sığırlı kənd sakini Musayev Yasəf Bəxtiyar oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçirilib və orada yerləşən yarımtikilidə otaqlardan birində 10 ədəd, digərində isə 13 ədəd ümumi çəkisi 2,5 kiloqram narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı Y.Musayev etdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Şərhlər

yasəfə 2020-08-24 18:44:48

ay yazıq nəşə çəkməkdən nə gündəsən,tərgit.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol