Menu

Berlin klinikası Navalnının zəhərləndiyini təsdiqlədi

24.08.2020, 21:27
Berlin klinikası Navalnının zəhərləndiyini təsdiqlədi

“Rusiyalı siyasətçi Aleksey Navalnının həyati təhlükəsi yoxdur. Bununla belə, aparılan analiz testlərinin nəticəsində onun orqanizmində zəhərləndiyinə dair izlər aşkarlanıb”.

Bu barədə Berlində yerləşən “Charite” klinikasından bildirilib. 

Qeyd edilib ki, klinik araşdırmaların nəticələri Rusiya müxalifətinin liderlərindən olan Aleksey Navalının xolinesteraza inhibitorları qrupundan olan bir maddə ilə zəhərləndiyini göstərir.

Həmçinin məlumatda bildirilib ki, Aleksey Navalnı süni komadadır, onun vəziyyətinin ağır olsa da həyatı üçün kəskin təhlükə yoxdur. Həkimlər zəhərlənmənin ağırlıq dərəcəsinin hələ müəyyən edilmədiyini və onun siyasətçinin orqanizmində hansı izləri buraxacağını dəqiqləşdirə bilməyiblər.

Qeyd edək ki, rusiyalı müxalifətçi, “Gələcəyin Rusiyası” partiyasının lideri Aleksey Navalnı təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, Omskda xəstəxanada qaldıqdan bir neçə gün sonra Berlinin “Charite” klinikasına aparılıb.

Şərhlər

Kələntər 2020-08-24 21:58:20

Nə qədər ki KQB nəfəs alır, belə sui-qəsdlər hələ çox olacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol