Menu

İsa Həbibbəyli Ramiz Mehdiyevin nəvəsinin toyunda niyə iştirak etməyib?

25.08.2020, 12:02
İsa Həbibbəyli Ramiz Mehdiyevin nəvəsinin toyunda niyə iştirak etməyib?

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) qurumun birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib-etməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

AMEA-nın İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən "Report"a daxil olan açıqlamada deyilir ki, sosial şəbəkələrdə akademik İsa Həbibbəylinin məlum toy məclisində iştirak etməsi barədə yayılan məlumatlar reallığı əks etdirmir.

Qeyd olunub ki, akademik İsa Həbibbəyli avqustun 18-i saat 13-də Bakıdan-Naxçıvana uçan təyyarə reysi ilə Naxçıvana gedib, həmin axşam Şərur rayonunun Danyeri kəndində ata ocağında olub. Məzuniyyət dövrünə aid olduğu üçün avqustun 24-dək Naxçıvanda qalıb.

Şərhlər

Ziyalı 2020-08-25 12:10:53

İsa müəllim əsl siyasətçidi, toy gününü rayonda keçirib, 2 gün sonra bakıya qayıdıb. Heç Taleyranın da ağlına belə fənd gəlməzdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol