Menu

UEFA Superkuboku oyununa azarkeşlər buraxılacaq - Rəsmi

25.08.2020, 20:31
UEFA Superkuboku oyununa azarkeşlər buraxılacaq - Rəsmi

UEFA Superkubokunda "Sevilya" və "Bavariya" arasında keçiriləcək matçda stadiona azarkeşlər buraxılacaq.

Qol.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, stadionun 30 faizini dolduracaq qədər azarkeş tribunalarda yer alacaq.

Qeyd edək ki, koronavirus səbəbindən bir çox ölkədə matçlar azarkeşsiz keçirilir.

Əlavə edək ki, UEFA Superkubokunun görüşü sentyabrın 24-də Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol