Menu

“Biz bütün ölkə ilə birgə internet yayıma keçdik" - Vahid Mustafayev ANS-i bərpa etdi

25.08.2020, 22:15
“Biz bütün ölkə ilə birgə internet yayıma keçdik" - Vahid Mustafayev ANS-i bərpa etdi

Məşhur TV və radio jurnalistləri, ANS şirkətlər qrupunun qurucuları, qardaşlar Vahid və Seyfulla Mustafayevlər yeni bir layihə yaradıblar.

Qardaşlar “Youtube”da yayımlanan videoda Çingiz Mustafayev adına ANS-in fəaliyyətini bərpa ediblər.

İnternet kanalının yaradılması görkəmli azərbaycanlı jurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin 60 illik yubileyi ilə əlaqədardır.

Xatırladaq ki, 2015-ci ilə qədər Çingiz Mustafayev adına ANS radiosu 102 FM radio dalğasında fəaliyyət göstərib. Və bu gün, 25 avqustda “Youtube”da ANS radio kanalının yenidən fəaliyyətə başladığını elan edib.

“Biz bütün ölkə ilə birgə internet yayıma keçdik. İnanıram ki, internetdə geniş auditoriyaya sahib olacağıq. İşləyəcək”, – deyə virtualaz.org-a açıqlamasında Vahid Mustafayev bildirib.

Şərhlər

Xalq 2020-08-25 22:58:41

Vahid və Seyfulla Mustafayevləri təbrik edirik. Ç.Mustafayevə allah rəhmət eləsin

t.ədalət 2020-08-25 22:58:04

ANS,onsuyz da reytinqini itirmişdi."Çığır-bağır" kanalı kimi səviyyəli adamların nəzərindən düşmüşdü.Tele-kanalların az olduğu vaxtlarda özünə öz səviyyəsində olan tamaşaçılar tapmışdı,hansı ki indi xalq heç Azərbaycan kanallarına maraq göstərmir.Yootubda indi hamı kanal açıb və ağzına gələni danışır.Amma dinləyəni yoxdur.Sizin ans də elə.

X 2020-08-25 22:52:46

Ugurlar 60yasin mubarek Qehreman Sehidlmiz. Mekanin cennet olsun

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol