Menu

Ədliyyə Nazirliyinin binasında yanğın olub

26.08.2020, 17:12
Ədliyyə Nazirliyinin binasında yanğın olub

Ədliyyə Nazirliyinin binası yanğın olub. Nazirlkdən verilən məlumata görə, bu gün səhər 11 radələrində Nazirliyin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. 

Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb. Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib. Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol